- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Ümumdünya Dəniz Günü
Bu gün Ümumdünya Dəniz Günüdür.
1978-ci ildə təsis edililmiş bu gün hər il sentyabr ayının sonuncu cümə axşamı günü qeyd edilir. Günün yaradılmasında məqsəd dəniz və okeanlarda tullantıların çoxalması və qlobal istiləşmə nəticəsində meydana gələn mənfi təsirlərə beynəlxalq səviyyədə diqqət cəlb etmək, insanları bioloji resursları qorumağa səsləməkdir.
Dənizlər bizə həm də dalğa və külək enerjisi kimi tükənməz imkanlar bəxş edir. Bu enerjidən səmərəli istifadə etməklə həm planetimizi qoruya, həm də gələcək nəsillərə etibarlı enerji miras qoya bilərik.