- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
“Ümid” yatağının kəşfi
“Ümid” yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir və Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. “Ümid” perspektivli struktur kimi 1953-cü ildə Azərbaycan geoloqları tərəfindən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib.
“Ümid” yatağı Xəzər dənizi akvatoriyasında Bakı şəhərindən 75 km cənubda yerləşir. Sahəsi 45 km² olan strukturun ərazisində dənizin dərinliyi 40-60 metr aralığındadır.
İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından, cari ilin oktyabr ayının sonunadək təqribən 8,2 mlrd. m3 qaz və 1,260 milyon tona yaxın kondensat hasil edilib. Yataqdan sutkada orta hesabla 6,7 milyon m³ qaz və 800 tondan artıq kondensat hasil edilir. Yatağın ehtiyatları isə 200 milyard m³ qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.