<

1971-ci ildə geoloqlar Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplandığı yer aşkar ediblər. Qazma işləri nəticəsində geoloqlar yeraltı boşluqla qarşılaşıblar və nəticədə yer qatı uçaraq qazla dolu böyük çuxur əmələ gəlib.İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün mütəxəssislər həmin qazları yandırmağı qərara alıblar. Bir neçə günə sönəcəyi zənn edilən krater 1971-ci ildən indiyə qədər gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir. Bu qaz krateri “Cəhənnəm qapıları” adlanır.

Digər xəbərlər