2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1850 kilometrlik TANAP Türkiyə ərazisindən keçərək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır. Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşir. Boru kəmərinə ümumilikdə 2023-cü ilin noyabr ayının sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb.

Digər xəbərlər