- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Külək enerjisi potensialının ölçülməsi
Külək elektrik stansiyaları qurulmazdan əvvəl həmin ərazidə küləyin potensialı ölçülür. Küləyin sürəti, istiqaməti və turbulentliyin intensivliyi enerji potensialının qiymətləndirilməsi üçün vacibdir. Bunun üçün anemometrlər və əlavə sensorlar ilə təchiz olunmuş 85-100 metr hündürlüyündə meteoroloji dirəkli Külək Ölçmə Müşahidə Stansiyalarından (ÖMS) istifadə olunur.
Ölkəmizdə də bu cür stansiyalar qurulub. Bunlardan Yeni Yaşma KES, Səngəçal Terminalı yaxınlığında və Quba rayonunun Xaltan kəndində qurulmuş ÖMS-lər, həmçinin "ACWA Power" şirkəti tərəfindən Xızı və Abşeron rayonu ərazilərində qurulmuş 5 ÖMS hazırda fəaliyyətdədir.