<

Azərbaycanda ilk dəmir yolunun çəkilməsi birbaşa neft daşınması ilə əlaqədardır. 1878-ci ildə neft daşınmasının təkmilləşdirilməsi məqsədlə Azərbaycanda ilk dəmiryolunun çəkilişinə başlanılıb və 1880-cı ilin yanvarında uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı xətti istifadəyə verilib. Bu xətt neft mədənlərini kerosin zavodları və dəniz portu ilə birləşdirməklə neft daşınmasında mühüm rol oynayıb. Dünyada ilk dəfə neftin məhz bu yolla sisternlərlə daşınmasına başlanılıb.

Digər xəbərlər