- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Hidroenerji təmiz enerji növü kimi
Su axınlarının kinetik enerjisinin elektrik enerjisinə çevrilməsi nəticəsində əldə olunan hidroenerji dünyada geniş istifadə olunan təmiz enerji növüdür. Digər “yaşıl enerji” mənbələrindən əsas üstünlüyü ondadır ki, su elektrik stansiyalarında sutka ərzində enerji istehsal edilə bilir.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına əsasən, 2022-ci ildə dünyada hidroenerji üzrə qoyuluş gücü 1393 QVt təşkil edib. Çin (414 QVt), Braziliya (110 QVt) və ABŞ (103 QVt) dünyanın ən çox hidroenerji istehsal edilən ölkələridir.
Azərbaycanda hazırda hidroenerji üzrə qoyuluş gücü 1177 MVt təşkil edir.