<

3 May - Beynəlxalq Günəş Günüdür. 1978-ci ildə ABŞ Prezidenti Cimmi Karter tərəfindən təsis edilən “Günəş Günü”nün qeyd edilməsində məqsəd günəş enerjisindən istifadəni dəstəkləməkdir. Yer üzünə düşən sutkalıq günəş enerjisi dünyada istifadə olunan illik enerjidən təxminən 1,5 dəfə çoxdur. Beynəlxalq Enerji Agentliyinin “Qlobal enerji və CO2 statusu hesabatı”na görə 2018-ci ildə qlobal günəş enerjisi gücü 2017-ci ilə nisbətən 24% və ya 94 GVt artaraq 485 GVt-a çatıb. Hazırda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalında günəş enerjisinin payı 20%-dən yuxarıdır. 

Azərbaycanın günəş enerjisi üzrə iqtisadi potensialı 23 min MVt-dan çoxdur. Respublikada günəş elektrik stansiyalarının ümumi gücü 37 MVt təşkil edir və daha 50 MVt gücün istifadəyə verilməsi nəzərdə tutulur.

Digər xəbərlər