- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Fotovoltaik panellərin kəşfi
Günəş panelləri günəş işığını birbaşa elektrik enerjisinə çevirən qurğulardır. İş prinsipi fotoeffektə əsaslandığından bəzən onlara günəş fotovoltaik (PV) panelləri də deyilir. Fotoelektrik effekti 1887-ci ildə alman fiziki Henrix Hers tərəfindən kəşf edilsə də, 1905-ci ildə Albert Eynşteyn tərəfindən izah edilmişdir.
Bu gün günəş panelləri ən sürətlə inkişaf edən bərpa olunan enerji texnologiyalarından biridir. Bəynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına əsasən 2022-ci ildə dünyada günəş enerjisi üzrə qoyuluş gücü 1053 QVt təşkil edib ki, onun da 1046 QVt-ı günəş paneli texnologiyasının payına düşür.