- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Evlərdə istilik enerjisi itkisi
Tikinti zamanı layihələndirmə və tikinti normalarina düzgün əməl edilməməsi evlərin qızdırılmasında enerji sərfini artırır. Əlavə enerji itkisinin qarşısının alınması üçün diqqət yetirməli olduğumuz vacib məqamlar:
- tikinti materiallarının düzgün seçilməsi;
-qapı və pəncərələrdən hava sızmalarının qarşısının alınması;
- tavan, döşəmə və divarların izolyasiya edilməsi;
- istilik radiatorlarının divarlara çox yaxın və ya divarın içərisinə yerləşdirilməməsi;
-onların üzərinə istilik axınını əngəlləyən əşyaların qoyulmaması.
Bilirsinizmi, elektrik enerjisini çox sərf etməsi və bu enerjinin 90%-ni istilik enerjisinə çevirməsinə görə közərmə lampalarından istifadə dünyanın bir çox ölkəsində qadağan olunub. Əvəzində istilik verməyən və daha az enerji istifadə edən səmərəli LED lampalara üstünlük verilir.