<

Sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanmasından üç il ötür. Maraqlı məqamlardan biri isə odur ki, Ulu Öndər Heydər Əliyev 1994-cü ilin məhz 14 sentyabr tarixində  “Əsrin müqaviləsi”nin imzalanması barədə Fərman verib, düz 23 il sonra isə həmin gün  Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqavilənin ömrü daha 32 il uzadılıb.

Digər xəbərlər