<

Əbu-Dabidə müasir memarlığın möcüzələrindən olan enerji səmərəli Al Bahar Towers, həm funksional, həm də gözoxşayandır. 25 mərtəbəli, 145 metr hündürlüyündə olan bu qüllələr tarixi İslam memarlığının məşrabiyə üslubundan ilhamlanaraq qoruyucu təbəqə ilə təchiz edilib. Bu təbəqə həm də gecələr yığılıb, gündüzlər isə günəş çıxdıqca açılmağa başlayan çətir rolunu oynayır. Çətirlər günəşin yaratdığı istiliyin 50 faiz azaldılmasına, beləliklə də kondisionerlərin işinin optimallaşdırılmasına şərait yaradır. Karbon emissiyalarının 40 faiz qarşısı alınır.

 

Digər xəbərlər