- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Ekoloji cəhətdən ən təmiz enerji nüvə enerjisi hesab olunur
Ekoloji cəhətdən ən təmiz enerji nüvə enerjisi hesab olunur.
Nüvə enerjisi qlobal elektrik enerjisi istehsalının təqribən 10%-ni təşkil edir.
2017-ci ildə 393 QVt olan nüvə enerjisi gücü 4 QVt artaraq, 2018-ci ildə 397 QVt olub.
Beynəlxalq qurumların hesablamalarına görə, nüvə reaktorları 2018-ci ildə cəmi 2,563 trilyon kilovatsaat elektrik enerjisi istehsal edib ki, bu da 2017-ci il üzrə göstəricilərdən 2,4%, yəni 2,502 trilyon kilovatsaat çoxdur. 6 il ərzində nüvə enerjisi istehsalında artım davam edib və 2012-ci ilə nisbətən 2018-ci ildə 217 milyard kilovatsaat təşkil edib. 2019-cu ilin iyun ayında dünyada aktiv nüvə reaktorlarının sayı 457 olub ki, onun da 99 ədədi ABŞ-ın payına düşüb. Fransada 58, Çində 46, Yaponiyada 42, Rusiyada 37 reaktor fəaliyyətdədir. 5 ölkədə fəaliyyət göstərən reaktorların sayı dünya üzrə ümumi göstəricinin 62%-ni təşkil edib.