- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Dünyada ilk dəfə dənizdə neft hasilatı
Dünyada ilk dəfə dənizdə neft hasilatı 1803-cü ildə bakılı Hacı Qasımbəy Mənsurbəyov tərəfindən həyata keçirilib. Dənizdə ilk neft Bibiheybət buxtasında sahildən 18 və 30 metr aralıda yerləşən iki quyudan çıxarılıb. Lakin ilk dəniz mədəninin ömrü çox qısa olub və 1825-ci ildə Xəzər dənizində güclü tufan nəticəsində quyular dağılıb. 1846-cı ildə isə dünyada sənaye üsulu ilə ilk neft quyusu Bibiheybətdə 21 metr dərinliyində qazılıb və qazma işi müsbət nəticə verib.