15 iyun Dünya Külək Günüdür. Bu gün ekoloji təmiz enerji mənbəyi kimi külək enerjisinin əhəmiyyətini vurğulamaq, ondan istifadənin genişləndirilməsini təşviq etmək və bu sahədə maarifləndirmə aparmaq məqsədi ilə təsis edilib.

“İRENA: Bərpa olunan enerji statistikası 2024” hesabatına əsasən, 2023-cü ildə dünyada külək enerjisi üzrə qoyuluş gücü 116 QVt və ya 13 faiz artaraq 1 017 QVt-a çatıb. Bu da ümumi bərpa olunan enerji qoyuluş gücünün 26 faizini təşkil edir. Külək enerjisinin qoyuluş gücünə görə, dünyada ilk beşlikdə Çin (442 QVt), ABŞ (148 QVt), Almaniya (69 QVt), Hindistan (45 QVt), İspaniya (31 QVt) dayanır. Ölkəmizdə bu yaşıl enerji növü üzrə qoyuluş gücü 67 MVt-a bərabərdir.

Cari ilin iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ölkəmizdə “Masdar” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməli qoyulub.   

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının 2025-ci ildə istismara verilməsi gözlənilir.   

Digər xəbərlər