- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Dünya Bərpa olunan Enerji Günü
Dünya Bərpa Olunan Enerji Günü ilk dəfə 22 iyun 2019-cu il tarixində qeyd edilib. Bu günün keçirilməsində əsas məqsəd maarifləndirmə aparmaqla ənənəvi enerjidən ekoloji təmiz yaşıl enerjiyə keçidi təşviq etməkdir.
Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 1748.6 MVt-dır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20.86%-ni təşkil edir. Cari ilin ilk 5 ayı ərzində ölkəmizdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14%-ə yüksəlib.