<

Dalğa enerjisi dalğaların yaratdığı hərəkətin xüsusi turbinlərin köməyi ilə elektrik enerjisinə çevrilməsindən əldə edilir. Ekoloji cəhətdən təmiz bu yaşıl enerji növündən  dəniz və okeanlara çıxışı olan ölkələr istifadə edə bilir.

Bu mənbədən enerji istehsal edən turbinlərin tikinti xərcləri yüksək olsa da istismar xərcləri aşağıdır.

Yer Kürəsinin böyük bir hissəsinin su ilə əhatə olunduğunu nəzərə alsaq gələcəkdə bu bərpa olunan enerji növünün istifadəsinin daha geniş yayılacağını güman etmək olar.

“İRENA: Bərpa olunan enerji statistikası 2024” hesabatına əsasən, 2023-cü ildə dünyada dalğa enerjisi üzrə qoyuluş gücü ümumilikdə 508 MVt təşkil edib. Qoyuluş gücünə görə ilk üçlükdə Koreya Respublikası (256 MVt), Fransa (212 MVt) və Böyük Britaniya (24 MVt) dayanır. 

 

Digər xəbərlər