<

Dalğa enerjisi küləyin okean və dənizlərin səthində yaratdığı dalğaların hərəkətindən əldə edilən ekoloji təmiz enerji növüdür. Bu zaman dalğaların yaratdığı kinetik enerji xüsusi turbinlər vasitəsilə elektrik enerjisinə çevrilir.

Tükənməyən bu enerji mənbəyi gələcəkdə karbohidrogen yanacaqlarına olan ehtiyacı azalda və ətraf mühitin çirklənməsinin qarşısını ala bilər. Belə elektrik stansiyaların inşasına çəkilən xərclər çox yüksək olsa da, istismar xərcləri aşağı olur.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına əsasən, 2022-ci ildə dünyada dalğa enerjisinin qoyuluş gücü cəmi 523 MVt təşkil edib. Dalğa enerjisi texnologiyası daha çox Avropa və Asiya ölkələrində tətbiq edilir.

Digər xəbərlər