- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
“Çıraq” yatağı haqqında
AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib.
"Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağı Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft qaz yataqlar bloku hesab olunur və Bakıdan təxminən 100 km şərqdə yerləşir. Yataqlar blokunun ehtiyatı 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman 511 milyon ton həcmində təxmin edilib. Sonradan isə bu göstərici 1.072 milyard ton proqnozlaşdırılıb.
Platformadan 2023-cü ilin birinci yarısı üçün ümumi hasilat gündə orta hesabla 23 min barrel təşkil edib. İstismara veriləndən bu günədək Çıraq platformasından 104 milyon tondan artıq neft və 24 milyard kubmetrə yaxın qaz hasil edilib.