- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Bunu bilmək vacibdir!
1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılıb. Quyulardan biri neft verib və bununla da sənaye üsulu ilə neft hasilatının əsası qoyulub.
Dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusunun ABŞ-ın Pensilvaniya ştatında olduğu deyilsə də, tarixi mənbələr və Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər bu tip ilk neft quyusunun ABŞ-dan 13 il əvvəl Azərbaycanda, Bibiheybətdə qazıldığını sübut edib.