- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Bu il ilk dəfə olaraq 22 iyun tarixi Dünya Bərpa Olunan Enerji günü kimi qeyd ediləcək
Bu il ilk dəfə olaraq 22 iyun tarixi Dünya Bərpa Olunan Enerji günü kimi qeyd ediləcək. Beynəlxalq 100% Bərpa Olunan Enerji Platforması və Bərpa Olunan Enerji Səfiri müğənni Ruslana tərəfindən başladılan, bərpa olunan enerji dünyasının nailiyyətlərinə və faydalarına həsr olunan Bərpa Olunan Enerji Günü "Fridays For Future" ortaqlığında elan edilərək, qeyri-hökumət təşkilatları, yerli özünüidarəetmə orqanları və bərpa olunan enerji sahəsindəki bir çox təşkilat tərəfindən dəstəklənəcək. Tədbirin rəsmi açılışı 22 iyun 2019-cu il tarixində saat 15.00-da Bonn şəhərində Birləşmiş Millətlər Təşkilatının qərargahında başlayacaq və BMT İqlim Dəyişikliyi Konfransı SB50-yə paralel olaraq reallaşdırılacaq. Dünya Bərpa Olunan Enerji Gününü dəstəkləmək istəyən təşkilatlar da bununla bağlı qərarı imzalayaraq öz ölkələrində belə tədbirlər təşkil edə biləcəklər.