BP şirkətinin “Statistical Review of World Energy 2020” hesabatına əsasən, qlobal ilkin enerji istehlakı 2019-cu ildə 2018-ci ilə nisbətən 1,3% (7,7 eksacoul) artaraq 583,9 eksacoula (Exajoules) çatıb. 2008-2018-ci illərdə orta illik artım 1,6% təşkil edib. Enerji istehlakının artması böyümənin dörddə üç hissəsini təşkil edən bərpa olunan enerji və təbii qazdan qaynaqlanıb. Bütün yanacaqlar, nüvə istisna olmaqla, 10 illik orta göstəricilərindən daha aşağı sürətlə artıb.

İlkin enerji istehlakının 24,3%-i Çinin payına düşüb və 2019-cu ildə bu ölkədə 4,4% artım müşahidə olunub. ABŞ-da illik enerji istehlakı dünya üzrə ilkin enerji istehlakının 16,2%-ni təşkil etməklə əvvəlki ilə nisbətən 1% azalıb. Ölkələr üzrə Çin xalis qlobal artımın dörddə üçdən çoxunu təşkil edən ən böyük enerji istehlakçısı olub. Hindistan və İndoneziya böyüməyə ən böyük töhfə verən digər ölkələrdir, ABŞ və Almaniya isə enerji istehlakında ən çox azalma müşahidə olunan ölkələrdir.

İlkin enerji istehlakının 33,1%-i neftin, 24,2%-i təbii qazın, 27,0%-i kömürün, 4,3%-i nüvə enerjisinin, 6,4%-i hidroenerjinin, 5%-i digər bərpa olunan enerji mənbələrinin payına düşüb. Neftin payı 2018-ci ilə nisbətən 0,2%, kömürün payı 0,5%, hidroenerjinin payı çüzi miqdarda azalıb, təbii qazın payı 0,1%, bərpa olunan enerjinin payı 0,5%, nüvə enerjisinin payı 0,1% artıb.

2019-cu ildə dünya üzrə adambaşına düşən enerji 75,7 qiqacoul olub və 2018-ci ilə nisbətən 0,2% artıb. 2008-2018-ci illərdə orta illik artım 0,4% təşkil edib. Azərbaycan üçün bu göstərici 65,3 qiqacoul olub və 2018-ci ilə nisbətən 5,5% artıb. 2008-2018-ci illərdə orta illik artım 0,1% təşkil edib. Qətərdə adambaşına düşən enerji istehlakı 714,3 qiqacoul olub.

Enerji istifadəsindən yaranan karbon emissiyaları 0,5% artıb, 10 illik orta artım 1,1% təşkil edib, 2018-ci ildəki güclü artımla müqayisədə (2.1%) 2019-cu ildə geriləmə əldə edilib.

Neft istehlakı sutkalıq orta hesabla 0,9 milyon barel (b/s) və ya 0,9% artıb. Bütün maye yanacaqlara (bioyanacaq daxil olmaqla) tələbat ilk dəfə 1,1 milyon barel artaraq 100 milyon barelə çatıb. Neft istehlakının artmasında Çin (680,000 bar/s) və digər inkişaf etməkdə olan ölkələr rəhbərlik edir, İƏİT-də tələb isə (290,000 b/s) azalıb. ABŞ-da hasilatın güclü artımı (1,7 milyon bar/s), OPEC-də hasilatının azalması (2 milyon bar/s), İranda kəskin azalmalar (1,3 milyon b/s), qlobal neft hasilatı 60.000 b/s azalıb. Venesuelada (60.000 b/s) və Səudiyyə Ərəbistanında (430.000 b/s) azalma olub.

Təbii qaz istehlakı 78 milyard kubmetr və ya 2% artaraq 2018-ci ildə görülən müstəsna artımdan (5.3%) aşağı olub. Buna baxmayaraq, ilkin enerjidə qazın payı rekord həddə - 24,2% -ə yüksəlib. Qaza tələbatın artmasında ABŞ (27 milyard kubmetr) və Çin (24 milyard kubmetr) böyük rol oynayıb. Rusiya və Yaponiya arasında ən böyük azalma (müvafiq olaraq 10 və 8 milyard kubmetr) müşahidə olunub. Qaz hasilatı 132 milyard kubmetr (3,4%) artıb, ABŞ bu artımın üçdə ikisini (85 milyard kubmetr) təşkil edib. Avstraliya (23 milyard kubmetr) və Çin (16 milyard kubmetr) də böyümənin əsas töhfəçiləri olub.

Regionlararası qaz ticarəti 4.9% sürətlə genişlənib ki, bu da 10 illik orta göstəricidən iki dəfədən çoxdur və bu, maye qazın (LNG) 54 milyard kubmetr (12.7%) rekord artması ilə əlaqədar olub. LNG tədarükünün artımına ABŞ (19 milyard kubmetr) və Rusiya (14 milyard kubmetr) başçılıq edib, artan tədarük Avropaya yönəlib: Avropa LNG idxalı (+49 milyard kubmetr) üçdə ikidən çox artıb.

Kömür istehlakı 0.6% (0,9 eksacoul) azalıb və ilkin enerji istehlakında payı 16 ildə ən aşağı səviyyəyə (27%) düşüb. İstehlakın azalmasında qlobal səviyyədə artan bərpa olunan enerji investisiyaları, təbii qaz istehlakının arması, ölkələrin təmiz enerji siyasətləri və davamlı mənbələrin enerji sistemlərinə daxil edilməsi kimi faktorlar rol oynayıb. Kömür istehlakının artmasına, inkişaf etməkdə olan ölkələr, xüsusən Çin (1.8 eksacoul) və İndoneziya (0.6 eksacoul) səbəb olub. Çin dünya kömür istehlakının 51,7%-ni təkbaşına həyata keçirib. Qlobal kömür istehsalı 1.5% artıb, Çin və İndoneziya yalnız əhəmiyyətli artım təmin edib (müvafiq olaraq 3,2 eksacoul və 1.3 eksacoul). Ən böyük azalma ABŞ (-1.1 eksacoul) və Almaniyada (-0.3 eksacoul) olub. Dünya kömür istehsalının 47,3%-i Çinin payına düşüb. Dünya üzrə kömür istehsalı 2019-cu ildə 8,129 milyard ton olub, onun 3, 846 milyard tonu Çinin, 0,756 milyard tonu Hindistanın, 0,639 milyard tonu ABŞ-ın payına düşüb. Kömür istehsalını ən çox artıran ölkələr isə Venesuala, Pakistan və Braziliya olub.

Bərpa olunan enerji (bioyanacaq daxil olmaqla) enerji baxımından istehlakda rekord bir artım göstərib (3.2 eksacoul). Bu həm də 2019-cu ildə istənilən enerji mənbəyi üçün ən böyük artım idi. Bu, keçən il ilkin enerjinin qlobal artımının 40%-dən çoxunu təşkil edib ki, bu da hər hansı digər yanacaqdan daha böyükdür. Nəticədə, bərpa olunan enerji mənbələri enerji qarışığındakı payını 2018-ci ildəki 4.5%-dən 5%-ə qədər artırıb. Külək bərpa olunan enerjinin böyüməsinə ən böyük töhfə verib (1.4 eksacoul), günəş (1.2 eksacoul). Ölkəyə görə Çin, bərpa olunan enerji artımının ən böyük iştirakçısı (0.8 eksacoul), ardınca ABŞ (0.3 eksacoul və Yaponiya (0.2 eksacoul). Hidroenerjidə (0.6 eksacoul) Türkiyə (0.3 eksacoul) və Hindistanın (0.2 eksacoul) liderliyi ilə hidroelektrik istehlakı orta hesabla 0.8% artıb.

Nüvə istehlakı 3,2% (0,8 eksacoul) artıb, 2004-cü ildən bəri ən sürətli böyümə qeydə alınıb. Ən böyük artımları Çin (0.5 eksacoul) və Yaponiya (0,1 eksacoul) təmin edib.

Elektrik enerjisi istehsalı yalnız 1,3% (10 illik orta göstəricinin yarısı) artıb. Xalis qlobal artımın 90%-dən çoxu Çinin payına düşüb. 2019-cu ildə istehsal olunan elektrik enerjisi 27004.7 milyard kilovatsaat təşkil edib. Elektrik enerjisinin 27,8%-i Çində, 16,3%-i ABŞ-da istehsal edilib. Elektrik enerjisində 2008-2018-ci illərdə orta illik artım 2,7% olub.

Bərpa olunan enerji (hidroenerji istisna olmaqla) elektrik enerjisi istehsalında ən böyük artımı təmin edib, kömür hasilatı azaldıqsa təbii qaz əlavə edilib. Enerji istehsalında bərpa olunan enerjinin payı ilk dəfə nüvəni üstələyərək 9,3%-dən 10,5%-ə yüksəlib. Kömürün generasiya payı 1,5 faiz bəndi 36,4%-ə düşüb. Bu, 1985-ci ildən bu yana müşahidə olunan ən aşağı göstərcidir.
Bərpa olunan enerjidən istehsal olunmuş elektrik enerjisinin (2805.5 milyard kilovatsaat) 51%-i küləyin, 25,8%-i günəşin, 23,2%-i digər mənbələrin payına düşüb. Küləkdə 12,6%, günəşdə 24,3%, digər mənbələrdə 6,0%, ümumilikdə 13,6% artım əldə edilib. Hidroenerji istehsalı 4222,2 milyard kilovatsaat olub və əvvəlki ilə nisbətən 1,2% artıb. Nüvə enerjisi istehsalı 2796 milyard kilovatsaat olub və əvvəlki ilə nisbətən 3,5% artıb.

Elektrik enerjisində neftin payı 3,0%, təbii qazın payı 23,6%, kömürün payı 36,8%, nüvə enerjisinin payı 10,4%, hidroenerjinin payı 15,8%, bərpa olunan enerji mənbələrinin payı 10,5% olub.

 

Digər xəbərlər