Bioenerji bitki və ya heyvan mənşəli qalıqlardan, həmçinin bərk məişət tullantılarından əldə edilən bərpa olunan enerji növüdür. Bu enerjinin emalı nəticəsində istilik və elektrik enerjisi, maye və qaz halında olan yanacaqlar və digər məhsullar əldə edilir.  

IRENA-nın hesabatına görə, 2023-cü ildə bioenerji üzrə dünyada ümumi qoyuluş gücü 150 QVt təşkil edib. Bioenerjiyə malik olan ölkələrin ilk beşliyinə Çin (31 QVt), Braziliya (18 QVt), ABŞ (11 QVt), Hindistan (11 QVt) və Almaniya (10 QVt) daxildir.

Azərbaycanda bioenerji üzrə qoyuluş gücü 37,7 MVt-dır.

 

 

Digər xəbərlər