<

30 mart Beynəlxalq Sıfır Tullantı Günüdür. Artıq bütün dünyada qeyd edilən bu gün Türkiyənin təklifi ilə 2022-ci ildən etibarən BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Bu xüsusi gündə enerji daşıyıcıları da daxil olmaqla təbii resurslardan səmərəli istifadənin təşviqi, tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılması zərurəti qeyd olunur, həmçinin tullantıların dayanıqlı idarə olunması ilə iqlim dəyişikliyinə təsirinin azaldılmasına dair çağırış edilir.

Günün qeyd olunmasında məqsəd biomüxtəlifliyi, ekosistemləri və təbii gözəlliyi qorumaqla yanaşı çirklənməni azaltmaq və resurslara qənaət etməkdir.

 

Digər xəbərlər