- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Beynəlxalq İqlim Günü
Hər il may ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı prosesində iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsidir.
İctimai nəqliyyata üstünlük vermək, evlərdə və iş yerlərində enerjiyə qənaət, yaşıllıqların artırılmasında fəal iştirak, bərpa olunan enerji resurslarımızdan səmərəli istifadə kimi tədbirlərlə hər birimiz bu beynəlxalq günə öz töhfəmizi verə, Planetimizi antropogen təsirlərdən qoruya bilərik.