- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Bakı-Tbilisi-Ceyhan neft kəməri
Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru kəmərinin Türkiyə hissəsinin, Ceyhandakı dəniz ixrac terminalının və bütövlüklə BTC ixrac boru kəməri sisteminin tam istismara verilməsindən 16 il ötür. Üç dənizin əfsanəsi hesab edilən BTC üç ölkənin ərazisindən keçərək 1 768 km məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir. Beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən BTC kəmərinin ötürücülük gücü gündəlik 1,2 milyon barreldir. 2006-cı ilin 13 iyul tarixindən indiyə qədər bu boru kəməri vasitəsilə 463 milyon tondan çox Azərbaycan nefti Xəzərdən Aralıq dənizinə nəql olunub.