- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
Bakı şəhəri üzrə SAIDI və SAIFI göstəriciləri
Bakı şəhərinin elektrik təchizatının etibarlılığı və dayanıqlılığı barədə “Azərişıq” ASC-nin məlumatına əsasən, 2020-ci ildə elektrik enerjisinin verilişində yaranmış fasilələrin müddəti (SAIDI) və elektrik enerjisinin verilişində yaranmış fasilələrin sayı (SAIFI) azaldılıb. Məlumata görə, 2020-ci il ərzində Bakı şəhərində paylayıcı şəbəkələrdə aparılan islahatlar nəticəsində elektrik təchizatında yaranan fasilələrin müddəti 2019-cu ilə nisbətən 3,5%, sayı isə 3,1% aşağı salınıb. Belə ki, 2019-cu ildə fasilələrin müddəti 0,85 saat, sayı isə 0,96 dəfə olduğu halda, 2020-ci ildə eyni göstəricilər 0,82 saat və 0,93 dəfə olub.