<

3 May - Beynəlxalq Günəş Günüdür. 1978-ci ildə təsis edilən “Günəş Günü”nün qeyd edilməsində məqsəd ekoloji cəhətdən daha təmiz resurs hesab olunan günəş enerjisindən istifadənin təşviqidir. Bu enerjidən istifadəyə diqqətin artması da 1970-ci illərə təsadüf edir.

2021-ci ildə dünyada bərpa olunan enerji mənbələri üzrə yeni istismara verilmiş stansiyalar arasında günəş elektrik stansiyaları 133 QVt ümumi qoyuluş gücü ilə birinci yerdə qərarlaşıb. Hazırda günəş enerjisinin qoyuluş gücü 849,5 QVt təşkil edir ki, bu da dünyada ümumi yaşıl enerji üzrə qoyuluş gücünün 28%-i deməkdir.

Azərbaycan da yüksək günəş enerjisi potensialına malik ölkələrdən biridir, ölkəmizin iqtisadi potensialı 23 QVt kimi qiymətləndirilir. Hazırda respublikamızda istifadəyə verilmiş günəş elektrik stansiyalarının ümumi gücü 45.9 MVt təşkil edir. Ötən il bu mənbə hesabına istehsal edilmiş elektrik enerjisinin miqdarı 55.2 milyon kVt·st olub. Hazırda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir.

Digər xəbərlər