<

Bu gün Dünya Dəniz Günüdür. Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilən Dünya Dəniz Günü bu il sentyabrın 28-nə təsadüf edir. 1978-ci ildən etibarən hər il sentyabrın sonuncu cümə axşamı qeyd edilən bu günün yaradılmasında məqsəd su hövzələrinin çirklənməsi və qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn mənfi təsirlərə beynəlxalq səviyyədə diqqət çəkməkdir.

Hər kəsi həyati əhəmiyyətli su hövzələrini və ətraf mühiti qorumağa çağırırıq. Bu istiqamətdə görülmüş hər bir iş dəniz ekosisteminin qorunması istiqamətində atılmış uğurlu addım hesab oluna bilər.

 

Digər xəbərlər