- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
22 mart - Ümumdünya Su Resursları Günü
22 mart - Ümumdünya Su Resursları Günüdür. Bu günün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanılıb.
Ümumdünya Su Gününün hər il keçirilməsində məqsəd su resurslarının mənimsənilməsində maarifləndirilmənin aparılması, hər kəsin təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır.