<

21 Sentyabr Sıfır Emissiya Günüdür. 2008-ci ildən başlayaraq hər il qeyd edilən bu günün məqsədi karbon emissiyasının atmosferə tullanmasının qarşısını alaraq sıfıra endirilməsinə töhfə verməkdir. İqlim dəyişiklikləri ilə mübarizə sahəsində ölkəmizdə də müxtəlif tədbirlər görülür. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi istixana qazı emissiyalarının 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib.

Digər xəbərlər