- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
21 sentyabr - Sıfır Emissiya Günü
21 sentyabr Sıfır Emissiya Günüdür. İqlim dəyişikliyi ilə mübarizəyə həsr edilmiş bu gün 2008-ci ildən etibarən qeyd edilir.
Bu gün ətraf mühitin və ekologiyanın qorunması, hidro, günəş və külək enerjisi kimi ekoloji cəhətdən daha təmiz və səmərəli enerji mənbələrindən istifadə təşviq edilir. Həmin gün insanlara fərdi avtomobil əvəzinə ictimai nəqliyyatdan, velosipeddən istifadə etməyə, piyada gəzintiyə üstünlük verməyə, evlərdə və iş yerlərində daha az elektrik və su istifadə etməyə çağırış edilir.
Sıfır Emissiya Günü iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik göstərmək, məlumatlılığı artırmaq və başqalarını da bu qlobal hərəkata qoşulmağa ruhlandırmaq fürsətidir.