- ANA SƏHİFƏ
- Maarifləndirici Məlumatlar
15 may - Beynəlxalq İqlim Günüdür
Bu günün qeyd olunmasında əsas məqsəd cəmiyyətin diqqətini insan fəaliyyəti nəticəsində baş verən böyük iqlim dəyişikliklərinə cəmləmək, gələcək nəsillərin rifahına təsir edən iqlimin müdafiəsinə yönəltməkdir.
Hər il Beynəlxalq İqlim Günündə müxtəlif tədbirlər keçirilir, ekspertlər tərəfindən iqlim dəyişmələri ilə mübarizənin aparılması, yaşıllıqların çoxaldılması, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, istixana qazları emissiyalarının azaldılması, “yaşıl enerji” zonalarının yaradılması, qlobal istiləşmənin qarşısının alınması istiqamətində tədbirlərin genişləndirilməsinə dair çağırışlar edilir.