<

                                                                                    Azərbaycan Respublikası  Energetika  Nazirliyinin 
                                                                                   20_ ___ il __ ______ tarixli _____ nömrəli əmri ilə
                                                                               təsdiq edilmişdir

Azərbaycan Respublikası Energetika Nazirliyinin
Neft-qaz şöbəsi haqqında

ƏSASNAMƏ


1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan  sonra - Nazirlik) Neft-qaz şöbəsinin (bundan  sonra – şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində neft və qaz sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsində iştirak edir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası Energetika nazirinin (bundan sonra - nazir)  əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumları, müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri, həmçinin mərkəzi və yerli icra orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahədə  dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülməsində iştirak edir;
2.0.2. müvafiq sahə üzrə enerji təhlükəsizliyi sahəsində  tədbirlərin hazırlanmasında və həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülməsində iştirak edir;
2.0.3. ölkə əhalisinin və iqtisadiyyatının müvafiq sahənin resursları ilə etibarlı təchiz olunması üçün əsaslandırılmış, müvafiq sahədə hərtərəfli və kompleks inkişaf  strategiyasının hazırlanmasında və  həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülməsində iştirak edir;
2.0.4. müvafiq sahənin cari və perspektiv balanslarının, balanslar üzrə  yanacaq-enerji resurslarının ayrı-ayrı növlərinin istifadəsi üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsində iştirak edir;
2.0.5. müvafiq sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir;
2.0.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Şöbənin vəzifələri

3.0. Şöbə  bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. müvafiq sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir;
3.0.2. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində Nazirliyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir;
3.0.3. Azərbaycan Respublikasının müvafiq sahədə enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.4. müvafiq sahənin  ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları rəhbərliyə təqdim edir  və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir;
3.0.5. Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş, müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcılarının  müvafiq  göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsini tərtib edir və rəhbərliyə təqdim edir, həmçinin aidiyyəti şöbələrlə  birlikdə onun yerinə yetirilməsi üçün görülən  tədbirlərdə iştirak edir;
3.0.6. müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində  və həyata keçirilməsində iştirak edir;
3.0.7. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edir;
3.0.8. dövlət müəssisələri üzrə müvafiq sahənin enerjidaşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;
3.0.9. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının təsdiq edilməsində iştirak edir;
3.0.10. aidiyyəti şöbələrlə  birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;
3.0.11. müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyəti şöbələrlə  birlikdə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.12. müvafiq sahənin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.13. müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;
3.0.14. müvafiq sahədə normativ və texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
3.0.15. şöbənin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan əməkdaşları Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxır və müvafiq qərarlar qəbul edir;
3.0.16. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;
3.0.17. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edir;
3.0.18. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edir;
3.0.19. müvafiq sahənin inkişaf dinamikasını təhlil edir;
3.0.20. fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak edir;
3.0.21. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
3.0.22. şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
3.0.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. müvafiq sahə üzrə nazirliyin aidiyyəti struktur bölmələri və  tabeliyində olan qurumlara sorğu vermək, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək üçün onlardan belə məlumatları (sənədləri) almaq üçün təkliflər vermək;
4.0.2. rəhbərliyin tapşırığına əsasən müvafiq sahə üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilinin təmin edilməsində iştirak etmək;
4.0.3. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən edilir. Şöbə nazir və onun müavinləri qarşısında hesabat verir. Şöbənin əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Şöbənin strukturuna Neft siyasəti sektoru və Qaz siyasəti sektoru daxildir.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən  müdir rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 
5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini (şöbə müdirinin müavinləri) vardır. Şöbə müdirinin müavinləri şöbə müdiri tərəfindən onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.
5.4. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavinlərindən biri həyata keçirir. 
5.5. Şöbə müdiri:
5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 

5.5.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra intizamına riayət etmələrinə nəzarət edir; 
5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir; 
5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.3-cü bəndində göstərilən hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.5.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.5.6. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir; 
5.5.7. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.5.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.5.9. şöbəni təmsil edir;
5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
    
6. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri
6.1. Neft siyasəti sektorunun vəzifələri aşağıdakılardır:
6.1.1. Neft sahəsinin (bundan sonra - müvafiq sahə)  perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir;
6.1.2. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir;
6.1.3. Azərbaycan Respublikasının müvafiq sahədə enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.4. müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları rəhbərliyə təqdim edir  və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir;
6.1.5. Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş, müvafiq sahədə ayrı-ayrı enerjidaşıyıcılarının  müvafiq  göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsini tərtib edir və rəhbərliyə təqdim edir, həmçinin aidiyyəti şöbələrlə  birlikdə onun yerinə yetirilməsi üçün görülən  tədbirlərdə iştirak edir;
6.1.6. müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində  və həyata keçirilməsində iştirak edir;
6.1.7. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edir;
6.1.8. dövlət müəssisələri üzrə müvafiq sahənin enerjidaşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;
6.1.9. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını təsdiq edilməsində iştirak edir;
6.1.10. aidiyyəti şöbələrlə  birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;
6.1.11. müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyəti şöbələrlə  birlikdə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.12. müvafiq sahənin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.13. müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;
6.1.14. müvafiq sahədə normativ və texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
6.1.15. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;
6.1.16. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edir;
6.1.17. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edir;
6.1.18. müvafiq sahənin inkişaf dinamikasını təhlil edir;
6.1.19. fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak edir;
6.1.20. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər hazırlayır;
6.1.21. müvafiq sahə üzrə qəbul edilmiş dövlət proqramları, tədbirlər planları və digər sənədlərin yerinə yetirilməsinin icrası üzrə məlumatları toplayır və nəticələrinə dair icmallar hazırlayır; 
6.1.22. müvafiq sahə üzrə ümumi arayışlar hazırlayır; 
6.1.23. Şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında sektorun fəaliyyət istiqamətləri üzrə iştirak edir; 
6.1.24. dünyada müvafiq sahədə baş verən prosesləri fəaliyyət istiqamətləri üzrə təhlil edir və həmin proseslərin ölkənin neft sahəsinə təsirini analiz edir; 
6.1.25. Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görülməsində iştirak edir;
6.1.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
6.2. Qaz siyasəti sektorunun vəzifələri aşağıdakılardır: 
6.2.1. qaz sahəsinin (bundan sonra - müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir;
6.2.2. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir;
6.2.3. Azərbaycan Respublikasının müvafiq sahə üzrə enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.2.4. müvafiq sahədə istehsalın və istehlakın proqnoz göstəricilərini hazırlayır, onları rəhbərliyə təqdim edir  və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir;
6.2.5. Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş, müvafiq sahənin ayrı-ayrı göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsinin tərtib edilməsində iştirak edir və şöbənin rəhbərliyinə təqdim edir, həmçinin aidiyyəti şöbələrlə  birlikdə onun yerinə yetirilməsi üçün görülən  tədbirlərdə iştirak edir;
6.2.6. müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində  və həyata keçirilməsində iştirak edir;
6.2.7. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edir;
6.2.8. dövlət müəssisələri üzrə müvafiq sahənin istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;
6.2.9. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün qaz məhsullarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını təsdiq edilməsində iştirak edir;
6.2.10. aidiyyəti şöbələrlə  birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;
6.2.11. müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyəti şöbələrlə  birlikdə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.2.12. müvafiq sahədə rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.2.13. müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;
6.2.14. müvafiq sahədə normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
6.2.15. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;
6.2.16. müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edir;
6.2.17. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edir;
6.2.18. müvafiq sahənin inkişaf dinamikasını təhlil edir;
6.2.19. fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr,  analitik materialların hazırlanmasında iştirak edir;
6.2.20. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər hazırlayır;
6.2.21. müvafiq sahə üzrə qəbul edilmiş dövlət proqramları, tədbirlər planları və digər sənədlərin yerinə yetirilməsinin icrası üzrə məlumatları toplayır və nəticələrinə dair icmallar hazırlayır; 
6.2.22. müvafiq sahə üzrə ümumi arayışlar hazırlayır; 
6.2.23. Nazirliyin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında şöbənin fəaliyyət istiqamətləri üzrə iştirak edir; 
6.2.24. dünyada müvafiq sahədə baş verən prosesləri fəaliyyət istiqamətləri üzrə təhlil edir və həmin proseslərin ölkənin qaz sahəsinə təsirini qiymətləndirir;
6.2.25. sektorun fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
6.2.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.