Azərbaycan Respublikası Energetika Nazirliyinin 

Dövlət qulluğu və təşkilati idarəetmə şöbəsi haqqında

ƏSASNAMƏ

  1. Ümumi müddəalar

         1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Dövlət qulluğu və təşkilati idarəetmə (bundan sonra – şöbə) şöbəsinin fəaliyyət istiqamətlərini, funksiyalarını, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

         1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir və bilavasitə Azərbaycan Respublikasının energetika nazirinə (bundan sonra - nazir) tabedir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin strukturunun hazırlanmasını, kadrların idarəedilməsi istiqamətində fəaliyyətinin təşkilini, qiymətləndirilməsini, əlavə təhsilini, o cümlədən ixtisasartırmasını, təlimlərini, aparatının şöbələri və sektorlarının (bundan sonra – Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumların fəaliyyəti ilə bağlı əmək qanunvericiliyi sahəsində qəbul edilmiş aktların tətbiqini, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulmasını, əməkdaşların etik davranış qaydalarına əməl edilməsini həyata keçirir.

         1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və Azərbaycan Respublikasının energetika nazirinin əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

         1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

         1.5. Şöbə üzərində adı həkk olunmuş dairəvi möhürə malikdir.

  1. Şöbənin fəaliyyət istiqamətləri

         2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

         2.0.1. Nazirliyin beynəlxalq və ölkə səviyyəsində keçirdiyi tədbirlərin aidiiyyəti üzrə təşkilati işlərinin görülməsini təmin edir;

         2.0.2. Nazirliyin ümumi strukturu üzrə ştat cədvəllərini hazırlayır, onlara dəyişikliklər edir, onları yenidən hazırlayır və təsdiq üçün təqdim edir;

         2.0.3. Nazirlik daxilində təşkilati idarəetməni, o cümlədən struktur bölmələrin (struktur vahidlərinin) fəaliyyətinin əlaqələndirilməsini təşkil edir;

         2.0.4. Nazirliyin struktur bölmələrində dövlət qulluğu və kadr işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir;

         2.0.5. insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkilini və həyata keçirilməsini təmin edir;

         2.0.6. işçilərin vəzifəyə təyin olunması və vəzifədən azad olunması, habelə mükafatlandırılması və intizam məsuliyyətinə cəlb olunması barədə nazirə təkliflər verir;

         2.0.7. işçilərin əlavə təhsilə və təlimə ehtiyac meyarını müəyyən edir və bu istiqamətdə tədbirlərin həyata keçirilməsini təmin edir;

         2.0.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

  1. Şöbənin vəzifələri

         3.0. Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

         3.0.1. Nazirliyin beynəlxalq və ölkə səviyyəsində keçirdiyi tədbirlərində aidiyyəti üzrə təşkilati işlərin görülməsini təmin edir;

         3.0.2. Nazirliyin strukturunun hazırlanması və təkmilləşdirilməsi ilə bağlı təkliflər verir və bununla bağlı müvafiq işlərin görülməsini həyata keçirir;

         3.0.3. Nazirliyin struktur bölmələrinin (şöbə, sektor və s.) yaradılması və ya funksiyalarının dəqiqləşdirilməsi ilə bağlı işlərin görülməsinı təmin edir;

         3.0.4. Nazirliyin struktur bolmələrinin (struktur vahidlərinin) vəzifə təlimatlarının hazırlanmasında iştirak edir;

         3.0.5. işçilər üçün Nazirliyin daxili intizam qaydalarını hazırlayır;

         3.0.6. Nazirlik daxilində idarəetməni koordinasiya edir və struktur bölmələrin (struktur vahidlərinin) fəaliyyətinin əlaqələndirilməsi üzrə aidiyyəti üzrə müvafiq işləri görür;

         3.0.7. öz fəaliyyəti ilə bağlı illik, yarımillik, rüblük hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

         3.0.8. Nazirliyin struktur bölmələrində inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak edir, qiymətləndirmənin qanunvericiliyə uyğun aparılmasına nəzarət edir, illik yekun hesabatları hazırlayır və bu barədə müvafiq dövlət orqanına (qurumuna) məlumat verir;

        3.0.9. Nazirliyin struktur bölmələrinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi nəticələrini təhlil edir və təkliflər verir;

        3.0.10. iş proseslərinin səmərəliliyinin artırılması üzrə təklifləri hazırlayır;

        3.0.11. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarının əlavə təhsil, təlim ehtiyaclarını müəyyən edir, təlim və inkişaf proqramlarını təşkil edir, peşə hazırlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirləri həyata keçirir;

        3.0.12. Nazirlikdə müəyyən olunmuş daxili intizam qaydalarına əməl olumasına nəzarətin həyata keçirilməsində iştirak edir;

        3.0.13. məzuniyyət qrafiki və iş vaxtına dair sənədləşmənin aparılması, məzuniyyətlərin qeydiyyatının aparılması, ezamiyyətə göndərilmənin sənədləşdirilməsi işlərini həyata keçirir;

        3.0.14. fəaliyyət istiqamətləri çərçivəsində kadrların idarəedilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

         3.0.15. dövlət qulluğu sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək onları ümumiləşdirir və tətbiq edilməsi istiqamətində rəhbərliyə təkliflər verir;

         3.0.16. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumların yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində şöbənin səlahiyyətləri daxilində dövlət kadr strategiyasını həyata keçirir;

         3.0.17. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim edilməsi və yardımçı vəzifələrin, dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlər görür;

         3.0.18.  daimi dövlət qulluğuna qəbul olunacaq dövlət qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə andiçməsini təmin edir;

         3.0.19. Nazirliyin ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması haqqında rəhbərliyə təkliflər verir;

         3.0.20. dövlət qulluqçularına tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq ilkin və növbəti ixtisas dərəcələrinin verilməsini təmin edir;

         3.0.21. staj müddətinə təyin olunmuş dövlət qulluqçularının kuratorunun müəyyən edilməsi və onlarla işin aparılmasını təşkil edir;

         3.0.22. dövlət qulluğu vəzifələrinə qanunvericiliyə uyğun tələbləri müəyyən edir və qulluq funksiyalarının hazırlanmasında iştirak edir;

         3.0.23. ehtiyat kadrlar siyahısını formalaşdırır və ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə illik fəaliyyət planını hazırlayır, bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına (qurumuna) təqdim edir, ehtiyat kadrlarla bağlı olan digər mənbələrlə iş aparır, perspektivli kadrların peşəkarlığının artırılmasına dair təkliflər hazırlayır;

         3.0.25. yeni təyin olunmuş işçilərlə uyğunlaşma işinin aparılmasını həyata keçirir;

         3.0.26. Nazirliyin aparatının və strukturuna daxil olan qurumun əməkdaşlarının komanda quruculuğu işinin təşkilini həyata keçirir, korporativ, sosial-mədəni və motivasiya tədbirlərini təşkil edir;

         3.0.27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən edir və rəhbərliyin bu barədə qəbul etdiyi qərarı müvafiq dövlət orqanına (qurumuna) təqdim edir;

         3.0.28. Nazirliyə kadrların seçilməsi məqsədi ilə qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə və ya müsahibələrdə nümayəndə qismində iştirak edir, müsahibə və ya müsabiqə əsasında təyinat aparıldıqda, təşkilati və metodiki tədbirləri həyata keçirir;

         3.0.29. dövlət qulluqçularının reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görür və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında məlumatların müvafiq dövlət orqanına (qurumuna) hər ay verilməsini təmin edir;

         3.0.30. qanunvericiliyə müvafiq olaraq iş vaxtının uçot cədvəlini (tabel), iş stajları barədə arayış və işçilərin məzuniyyət növbəliliyi cədvəllərinin hazırlanmasını, əməkdaşlara məzuniyyətlərin verilməsini, müavinətlərin verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq işlərin görülməsini, məzuniyyətlərin qeydiyyatının aparılmasını, ezamiyyətə göndərilmənin sənədləşdirilməsini həyata keçirir;

        3.0.31. Nazirliyin əməkdaşlarının şəxsi, arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunu, qeydiyyatını həyata keçirir, saxlanmasını və məlumatların konfidensiallığını təmin edir;

        3.0.32.  əməkdaşlara xidməti vəsiqələrin verilməsi ilə bağlı müvafiq işləri görür, əmək kitabçalarında müvafiq qeydlərin aparılmasını, qeydiyyatının aparılmasını və saxlanılmasını təmin edir;

        3.0.33. fəaliyyət istiqamətləri üzrə Nazirliyin normativ hüquqi bazasının təkmilləşdirilməsində iştirak edir, normativ hüquqi akt layihələrini hazırlayır və ya onların hazırlanmasında iştirak edir;

        3.0.34. səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar və çıxarışlar verir;

        3.0.35. rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

        3.0.36. şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;

        3.0.37. mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlarla dövlət qulluğu sahəsində əlaqələrin qurulması ilə bağlı işləri görür;

        3.0.38. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Alt Sisteminə (ƏMAS) müvafiq məlumatların, o cümlədən işə qəbul edilən əməkdaşların əmək müqavilələrinin elektron sənəd formasında hazırlanması, əmək müqavilələrində dəyişikliklərin (ixtisas dərəcələrinin verilməsi, qulluq stajına görə əlavələrin verilməsi, əlavə məzuniyyətlərin verilməsi və şəxsi məlumatların dəyişilməsi ilə bağlı və s.) və xitam əmrlərinin sistemə daxil edilməsini təmin edir;

        3.0.39. Nazirliyin əməkdaşlarına dövlət təltiflərinin, Nazirliyin Fəxri Fərmanının və digər  fəxri adların verilməsi ilə bağlı işləri görür;

        3.0.40. təşkilati idarəetmə üzrə tapşırıqların icra vəziyyətinin izlənilməsini həyata keçirir;

        3.0.41. əmək intizamına nəzarət və bununla bağlı məsələləri sənədləşdirir;

        3.0.42. təşkilatlardan və vətəndaşlardan daxil olmuş müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması və cavablandırılmasını həyata keçirir;

        3.0.43. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

  1. Şöbənin hüquqları

        4.0. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

        4.0.1. təşkilati idarəetmə, kadr məsələləri və digər sahələr üzrə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

        4.0.2. əlverişli iş şəraiti yaratmaq və onun effektivliyini artırmaq məqsədi ilə Nazirliyin aparatının və strukturuna daxil olan qurumun əməkdaşlarının əmək fəaliyyətinə təsir göstərən psixoloji, iqtisadi və digər faktorların öyrənilməsi üçün tədqiqatlar aparmaq;

        4.0.3. Nazirliyin tabeliyində olan quruma sorğular ünvanlamaq və müvafiq məlumatlar almaq;

        4.0.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Nazirliyin strukturlarının rəhbərlərinə insan resurslarının idarəedilməsi üzrə əməli və metodiki tövsiyyələr vermək;

        4.0.5. Nazirin tapşırığına əsasən şöbənin fəaliyyəti ilə bağlı sahələrin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;

        4.0.6. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

        4.0.7. kadrların idarəedilməsi sahəsində təcrübə mübadiləsi məqsədi ilə digər dövlət orqanlarının kadr siyasətini həyata keçirən qurumları ilə əməkdaşlıq etmək;

        4.0.8. fəaliyyət istiqamətləri üzrə normativ və təşkilati-sərəncamverici sənədlərin ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

        4.0.9. Nazirliyin, şöbənin və tabeliyində olan qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

        4.0.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

  1. Şöbənin fəaliyyətinin təşkili

        5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz. Şöbənin strukturuna Təşkilati idarəetmə sektoru və Dövlət qulluğu sektoru daxildir.

        5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

        5.3. Şöbə müdirinin nazir tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini - sektor müdiri) vardır. Şöbə müdirinin müavini -  sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini – sektor müdiri həyata keçirir.

        5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

        5.5. Şöbə müdiri:

        5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

        5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

        5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə müvafiq sənədləri imzalayır, həmçinin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;

        5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

        5.5.5. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin digər struktur bölmələrindən zəruri məlumat və sənədləri alır;

        5.5.6. şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı üçün müəyyən edilmiş qaydada nazirliyin aidiyyəti struktur bölmələri qarşısında məsələ qaldırır;

        5.5.7. şöbəyə vətəndaşlardan və təşkilatlardan daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

        5.5.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

        5.5.9. şöbəni təmsil edir.

        5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

  1. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

        6.1. Təşkilati idarəetmə sektorunun vəzifələri aşağıdakılardır:

        6.1.1. Nazirliyin beynəlxalq və ölkə səviyyəsində keçirdiyi tədbirlərində aidiyyəti üzrə təşkilati işlərin görülməsini təmin edir;

        6.1.2. Nazirliyin strukturunun hazırlanması və təkmilləşdirilməsi ilə bağlı təkliflər verir və bunuynla bağlı müvafiq işləri görür;

        6.1.3. Nazirliyin struktur bölmələrinin (şöbə, sektor və s.) yaradılması və ya funksiyalarının dəqiqləşdirilməsi ilə bağlı işlərin görülməsinı təmin edir;

        6.1.4. Nazirliyin struktur bolmələrinin (struktur vahidlərinin) vəzifə təlimatlarının hazırlanmasında iştirak edir;

        6.1.5. işçilər üçün Nazirliyin daxili intizam qaydalarını hazırlayır;

        6.1.6. Nazirlik daxilində idarəetməni koordinasiya edir və struktur bölmələrin (struktur vahidlərinin) fəaliyyətinin əlaqələndirilməsi üzrə aidiyyəti üzrə müvafiq işləri görür;

        6.1.7. iş proseslərinin səmərəliliyinin artırılması üzrə təkliflər hazırlayır;

        6.1.8. təşkilati idarəetmə üzrə tapşırıqların icra vəziyyətinin izlənilməsini həyata keçirir;

        6.1.9. öz fəaliyyəti ilə bağlı illik, yarımillik, rüblük hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

        6.1.10. Nazirliyin aparatının və strukturuna daxil olan qurumun əməkdaşlarının komanda quruculuğu işinin təşkilini həyata keçirir, korporativ, sosial-mədəni və motivasiya tədbirlərini təşkil edir;

        6.1.11. dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil edir, o cümlədən qiymətləndirmə ilə bağlı müvafiq metodiki köməklik göstərir, struktur bölmələrdən qiymətləndirmə formalarını alır, ümumiləşdiririr və qiymətləndirmənin nəticələrinin müvafiq dövlət orqanına (qurumuna) təqdim edilməsini və  qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edir;

        6.1.12. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarının əlavə təhsil, təlim ehtiyaclarını müəyyən edir, təlim və inkişaf proqramlarını təşkil edir, peşə hazırlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirləri həyata keçirir;

        6.1.13. mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlarla dövlət qulluğu sahəsində əlaqələrin qurulması ilə bağlı işləri görür;

        6.1.14. təşkilatlardan və vətəndaşlardan daxil olmuş müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması və cavablandırılmasını həyata keçirir;

        6.1.15. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Alt Sisteminə (ƏMAS) müvafiq məlumatların, o cümlədən işə qəbul edilən əməkdaşların əmək müqavilələrinin elektron formada hazırlanması, əmək müqavilələrində dəyişikliklərin (ixtisas dərəcələrinin verilməsi, qulluq stajına görə əlavələrin verilməsi, əlavə məzuniyyətlərin verilməsi və şəxsi məlumatların dəyişilməsi ilə bağlı və s.) və xitam əmrlərinin sistemə daxil edilməsini təmin edir;

        6.1.16. dövlət qulluqçularına tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq ilkin və növbəti ixtisas dərəcələrinin verilməsini təmin edir;

        6.1.17. məzuniyyət qrafiki və iş vaxtına dair sənədləşmənin aparılması, məzuniyyətlərin qeydiyyatının aparılması, ezamiyyətə göndərilmənin sənədləşdirilməsi işlərini həyata keçirir;

        6.1.18. şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;

        6.1.19. Nazirliyin əməkdaşlarına dövlət təltiflərinin, Nazirliyin Fəxri Fərmanının və digər  fəxri adların verilməsi ilə bağlı işləri görür;

        6.1.20. Nazirliyin əməkdaşlarının şəxsi, arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunu, qeydiyyatını, onların saxlanılmasını və məlumatların konfidensiallığını təmin edir;

        6.1.21. əməkdaşlara xidməti vəsiqələrin verilməsi ilə bağlı müvafiq işləri görür, əmək kitabçalarında müvafiq qeydlərin aparılmasını, qeydiyyatının aparılmasını və saxlanılmasını təmin edir;

        6.1.22. əmək intizamına nəzarət və bununla bağlı məsələləri sənədləşdirir;

        6.1.23. İşçilərin işə qəbul və işdən azad olma əmrlərinin, həmçinin fəaliyyət istiqamətlərinə uyğun fəaliyyət əmrlərinin hazırlanmasını, işə qəbul edilmiş işçilər barədə sənədləşmələrin aparılmasını təmin edir;

        6.1.24. rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

        6.1.25. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

        6.2. Dövlət qulluğu sektorunun vəzifələri aşağıdakılardır:

        6.2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən edir və rəhbərliyin bu barədə qəbul etdiyi qərarı müvafiq icra hakimiyyəti orqanına (qurumuna) təqdim edir;

        6.2.2. Nazirliyə kadrların seçilməsi məqsədi ilə qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə və ya müsahibələrdə nümayəndə qismində iştirak edir, müsahibə və ya müsabiqə əsasında təyinat aparıldıqda, təşkilati və metodiki tədbirləri həyata keçirir;

        6.2.3. dövlət qulluqçularının reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görür və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında məlumatların müvafiq dövlət orqanına (qurumuna) hər ay verilməsini təmin edir;

        6.2.4. qanunvericiliyə müvafiq olaraq iş vaxtının uçot cədvəlini (tabel), iş stajları barədə arayış və işçilərin məzuniyyət növbəliliyi cədvəllərinin hazırlanmasını, əməkdaşlara məzuniyyətlərin verilməsini, müavinətlərin verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq işlərin görülməsini, məzuniyyətlərin qeydiyyatının aparılmasını, ezamiyyətə göndərilmənin sənədləşdirilməsini həyata keçirir;

        6.2.5. Nazirliyin əməkdaşlarının şəxsi, arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunu, qeydiyyatını həyata keçirir, onların saxlanılmasını və məlumatların konfidensiallığını təmin edir;

        6.2.6. əməkdaşlara xidməti vəsiqələrin verilməsi ilə bağlı müvafiq işləri görür, əmək kitabçalarında müvafiq qeydlərin aparılmasını, qeydiyyatının aparılmasını və saxlanılmasını təmin edir;

        6.2.7. fəaliyyət istiqamətləri üzrə Nazirliyin normativ hüquqi bazasının təkmilləşdirilməsində iştirak edir, normativ hüquqi akt layihələrini hazırlayır və ya onların hazırlanmasında iştirak edir;

        6.2.8. səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar, çıxarışlar verir;

        6.2.9. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumun yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində şöbənin səlahiyyətləri daxilində dövlət kadr strategiyasını həyata keçirir;

        6.2.10. Nazirliyin struktur bölmələrində inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak edir, qiymətləndirmənin qanunvericiliyə uyğun aparılmasına nəzarət edir, illik yekun hesabatları hazırlayır və bu barədə müvafiq dövlət orqanına (qurumuna) məlumat verir;

        6.2.11. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim edilməsi və yardımçı vəzifələrin, dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlər görür;

        6.2.12. daimi dövlət qulluğuna qəbul olunacaq dövlət qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə andiçməsini təmin edir;

        6.2.13. Nazirliyin ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması haqqında rəhbərliyə təkliflər verir;

        6.2.14. staj müddətinə təyin olunmuş dövlət qulluqçularının kuratorunun müəyyən edilməsi və onlarla işin aparılmasını təşkil edir;

        6.2.15. fəaliyyət istiqamətləri çərçivəsində kadrların idarəedilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

        6.2.16. ehtiyat kadrlar siyahısını formalaşdırır və ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə illik fəaliyyət planını hazırlayır, bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına (qurumuna) təqdim edir, ehtiyat kadrlarla bağlı olan digər mənbələrlə iş aparır, perspektivli kadrların peşəkarlığının artırılmasına dair təkliflər hazırlayır;

        6.2.17. şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;

        6.2.18. Nazirlikdə müəyyən olunmuş daxili intizam qaydalarına əməl olumasına nəzarətin həyata keçirilməsində iştirak edir;

        6.2.19. fəaliyyət istiqamətləri üzrə Nazirliyin normativ hüquqi bazasının təkmilləşdirilməsində iştirak edir, normativ hüquqi akt layihələrini hazırlayır və ya onların hazırlanmasında iştirak edir;

        6.2.20.  təşkilatlardan və vətəndaşlardan daxil olmuş müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması və cavablandırılmasını həyata keçirir;

        6.2.21. dövlət qulluğu vəzifələrinə qanunvericiliyə uyğun tələbləri müəyyən edir və qulluq funksiyalarının hazırlanmasında iştirak edir;

        6.2.22. İşçilərin işə qəbul və işdən azad olma əmrlərinin, həmçinin fəaliyyət istiqamətlərinə uyğun fəaliyyət əmrlərinin hazırlanmasını, işə qəbul edilmiş işçilər barədə sənədləşmələrin aparılmasını təmin edir;

        6.2.23. Nazirlikdə işdən hər hansı səbəbdən ayrılan işçilərin işdən ayrılması səbəbləri ilə bağlı təhlillər aparır və bu barədə rəhbərliyə təkliflər təqdim edir;

        6.2.24. dövlət qulluğu sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək onları ümumiləşdirir və tətbiq edilməsi istiqamətində rəhbərliyə təkliflər verir;

        6.2.25. yeni təyin olunmuş işçilərlə uyğunlaşma işinin aparılmasını həyata keçirir;

        6.2.26. rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

        6.2.27. Nazirliyin struktur bölmələrinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi nəticələrini təhlil edir və təkliflər verir;

        6.1.28.  öz fəaliyyəti ilə bağlı illik, yarımillik, rüblük hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

        6.1.29.  fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.