- ANA SƏHİFƏ
- Əsasnamələr
- Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin Əsasnaməsi
Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin Əsasnaməsi
Azərbaycan Respublikası Energetika Nazirliyinin
20_ ___ il __ ______ tarixli _____ nömrəli əmri ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Energetika Nazirliyinin
Elektroenergetika və enerji səmərəliliyi şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində elektroenergetika, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində (bundan sonra müvafiq sahə) dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinində iştirak edən Nazirliyin aparatının müstəqil struktur bölməsidir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası Energetika nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlarla, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. Müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinin təmin edilməsində iştirak edilməsi;
2.0.2. Elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, istehlakı sahələrində enerji resurslarından səmərəli istifadə (texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə) ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak edilməsi;
2.0.3. Müvafiq sahədə enerji təhlükəsizliyinin və dövlət maraqlarının qorunmasının təmin edilməsində iştirak edilməsi;
2.0.4. Müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində bu Əsasnamə ilə müəyyən edilmiş hallarda iştirak edilməsi;
2.0.5. Müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunması üçün tədbirlərin görülməsində iştirak edilməsi;
2.0.6. Müvafiq sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsinin təmin edilməsində və onun aparıcı istiqamətlərinin müəyyənləşdirməsində iştirak edilməsi;
2.0.7. Müvafiq sahənin investisiya qoyuluşu üçün cəlbediciliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak edilməsi;
2.0.8. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı tədbirlərdə iştirak edilməsi;
2.0.9. Yanacaq-energetika sahəsində ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsində iştirak edilməsi.
3. Şöbənin vəzifələri
3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. Müvafiq sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.2. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsində və texniki normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir;
3.0.3. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.4. Ənənəvi və bərpa olunan enerji mənbələrindən elektrik və istilik enerjisinin istehsalı və istehlakı proqnozlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.5. Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edir;
3.0.6. “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Enerji resurslarından istifadə haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə nəzarəti həyata keçirir;
3.0.7. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, nazirliyə təqdim edilmiş hidrotexniki qurğuların təhlükəsizliyi bəyannaməsinə rəy verir;
3.0.8. Enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün təkliflər verir və müvafiq tədbirlərin görülməsində iştirak edir;
3.0.9. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət energetika ekspertizasının həyata keçirilməsində iştirak edir;
3.0.10. Əhalinin və iqtisadiyyatın elektrik və istilik enerjisinə olan tələbatının dolğun ödənilməsini təmin etmək üçün tədbirlər görür;
3.0.11. Dövlət müəssisələri üzrə elektrik və istilik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edir;
3.0.12. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin təmin olunmasına dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını araşdırıb təkliflər hazırlayır, edilən yardım və güzəştlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;
3.0.13. Bərpa olunan enerji resurslarının potensialının müəyyənləşdirilməsi ilə bağlı tədbirlərdə iştirak edir;
3.0.14. Elektrik və istilik enerjisinə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilmə mexanizminin yaradılması və tətbiqində, həmçinin enerjiyə qənaət proqramlarının enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərinin müəyyən edilməsində iştirak edir;
3.0.15. Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;
3.0.16. Müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edir;
3.0.17. Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələrinin hazırlamasında iştirak edir;
3.0.18. Enerji resurslarından səmərəli istifadə sahəsində iqtisadi, texniki və təşkilati tələblərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) müəyyən edilməsi ilə bağlı təkliflər verir;
3.0.19. Enerji resurslarından səmərəli istifadə mexanizmlərinin hazırlanmasında iştirak edir və həyata keçirilməsini təmin edir, həmçinin enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsini həyata keçirir;
3.0.20. Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını müəyyən edərək təsdiq edilməsi üçün rəhbərliyə təqdim edərək, təsdiq edilmiş normaların icrasına nəzarəti həyata keçirir;
3.0.21. Enerji resurslarından səmərəli istifadə və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində vəziyyətin və mövcud problemlərin təhlilini aparır, onların həlli yolları ilə bağlı təkliflər hazırlayır və tədbirlər həyata keçirir;
3.0.22. Yanacaq-energetika sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən irəli gələn vəzifələrin həyata keçirilməsində iştirak edir;
3.0.23. Yanacaq-energetika sahəsində ətraf mühitin təhlükəsizliyi ilə bağlı hesabatları hazırlayır və əlaqədar təşkilatlara təqdim edir;
3.0.24. Energetika sektorunun ətraf mühitə təsirinin qarşısının alınması sahəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə nazirlik üzrə ümumiləşdirilmiş hesabat hazırlayır;
3.0.25. Yanacaq və energetika obyektlərinin tikilməsi və yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki ekspertizasının həyata keçirilməsində iştirak edir;
3.0.26. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsində, müasir tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınaqdan keçirilməsində, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə dair tədbirlərdə iştirak edir;
3.0.27. Fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini və onların pozulmasının qarşısını alınmasını təmin edir;
3.0.28. Müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.29. Müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;
3.0.30. Müvafiq sahənin təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.31. Müvafiq sahədə Respublikada həyata keçirilən tədbirlərdə iştirak edir, ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələr yaradılması və inkişaf etdirilməsi barədə təkliflər verir;
3.0.32. Müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir və bu sahədə görülən işləri əlaqələndirir;
3.0.33. Müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;
3.0.34. Müvafiq sahədə kadr hazırlığının təminatı, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
3.0.35. Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görür;
3.0.36. Şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;
3.0.37. Şöbənin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan əməkdaşları tərəfindən Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxır və müvafiq qərarları qəbul edir;
3.0.38. şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
3.0.39. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
4. Şöbənin hüquqları
4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. Fəaliyyət istiqamətləri ilə bağlı təhlillər aparmaq;
4.0.2. Müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılmasına dair təkliflər vermək;
4.0.3. Fəaliyyət istiqamətləri ilə bağlı görülən işlər barədə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrindən hesabatlar almaq;
4.0.4. Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin iqtisadi-maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin iqtisadi tənzimlənmə mexanizminin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə dair təkliflər vermək;
4.0.5. Fəaliyyət istiqamətləri üzrə rəy vermək, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
4.0.6. Elektroenergetika sahəsinə aid olan dövlət mülkiyyətindəki əsas vəsaitlərin balansdan-balansa verilməsinə və balansdan silinməsinə rəy vermək;
4.0.7. Elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı məhdudiyyətlər barədə təkliflər vermək;
4.0.8. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.9. Müvafiq sahə üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
4.0.10. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.0.11. Fəaliyyət istiqamətləri üzrə kadrların peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;
4.0.12. Müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıqda iştirak etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.0.13. Fəaliyyət istiqamətləri üzrə üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;
4.0.14. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, şöbənin fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.15. Müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək barədə təkliflər vermək;
4.0.16. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbə nazirin əmri ilə yaradılır və ləğv edilir. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Elektroenergetika sektoru, Bərpa olunan enerji sektoru və Enerji səmərəliliyi sektoru daxildir.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini (şöbə müdirinin müavinləri) vardır. Şöbə müdirinin müavinləri şöbə müdiri tərəfindən onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.
5.4. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavinlərindən biri həyata keçirir.
5.5. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
5.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
5.6.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.6.2. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
5.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.6.4. Şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.6.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;
5.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;
5.6.8. Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.6.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.6.10. Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
5.6.11. Şöbəni təmsil edir;
5.6.12. Şöbə müdiri Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətində hüquq pozuntusu aşkar etdikdə, Nazirə bu barədə məlumat verməyə borcludur;
5.7. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
6. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri
6.1. Elektroenergetika sektorunun vəzifələri aşağıdakılardır:
6.1.1. Elektroenergetika sahəsinin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, həmin istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasının və həyata keçirilməsinin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edilməsində iştirak edir;
6.1.2. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.3. Elektrik və istilik enerjisinin istehsalı və istehlakı proqnozlarının hazırlanması və həyata keçirilməsində iştirak edir;
6.1.4. Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edir;
6.1.5. “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Enerji resurslarından istifadə haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada elektroenergetika sahəsində nəzarəti həyata keçirir;
6.1.6. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, nazirliyə təqdim edilmiş hidrotexniki qurğuların təhlükəsizliyi bəyannaməsinə rəy verir;
6.1.7. Enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün tədbirlərin görülməsində iştirak edir;
6.1.8. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət energetika ekspertizasının həyata keçirilməsində iştirak edir;
6.1.9. Əhalinin və iqtisadiyyatın elektrik və istilik enerjisinə olan tələbatının dolğun ödənilməsini təmin etmək üçün tədbirlər görür;
6.1.10. Dövlət müəssisələri üzrə elektrik və istilik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edir;
6.1.11. Elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətində dövlət maraqlarını təmsil edir;
6.1.12. Elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün elektrik və istilik enerjisinin istifadəsi, texnoloji sərfi və itki normalarının müəyyənləşdirilməsində, təsdiq edilməsi üçün təqdim edilməsində və icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
6.1.13. Elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyasının işində iştirak edir;
6.1.14. Elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
6.1.15. Elektroenergetika sahəsində enerji səmərəliliyi, enerjiyə qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir;
6.1.16. Elektrik və istilik enerjisinə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilmə mexanizminin yaradılması və tətbiqində, həmçinin enerjiyə qənaət proqramlarının enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərinin müəyyən edilməsində iştirak edir;
6.1.17. Elektroenergetika sahəsində dövlət əmlakından səmərəli istifadə sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.18. Elektroenergetika sahəsində fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;
6.1.19. Elektroenergetika sahəsinin təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.20. Enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;
6.1.21. Elektroenergetika sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsində və texniki normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir;
6.1.22. Elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətini əlaqələndirir;
6.1.23. Elektroenergetika sahəsinə aid beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.24. Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin elektoenergetika sahəsinə aid məsələləri üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında iştirak edir;
6.1.25. Elektroenergetika sahəsinə aid məsələlərlə bağlı beynəlxalq iqtisadi və enerji təşkilatlarının işində, investisiyaların cəlb edilməsi sahəsində beynəlxalq və milli maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştirak edir;
6.1.26. Elektroenergetika sahəsinə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edir;
6.1.27. Elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələrinin hazırlamasında iştirak edir;
6.1.28. Fəaliyyət istiqamətləri ilə bağlı elektorenergetika sahəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsində və onların pozulmasının qarşısının alınmasında iştirak edir;
6.1.29. Elektroenergetika sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təmiz (enerji tutumu az olan) texnologiyaların tətbiq olunmasında iştirak edir;
6.1.30. Elektroenergetika sahəsində kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
6.1.31. Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;
6.1.32. Şöbənin fəaliyyəti ilə bağlı fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərə və sorğulara baxır, fiziki şəxslərin qəbulunu təmin edir, daxil olmuş müraciətlərə və sorğulara vaxtında cavab verir;
6.1.33. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
6.2. Bərpa olunan enerji sektorunun vəzifələri aşağıdakılardır:
6.2.1. Bərpa olunan enerji sahəsində perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, həmin istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir;
6.2.2. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.2.3. Bərpa olunan enerji sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsində və texniki normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
6.2.4. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını araşdırıb təkliflər hazırlayır, edilən yardım və güzəştlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;
6.2.5. Bərpa olunan enerji resurslarının potensialının müəyyənləşdirilməsi ilə bağlı tədbirlərdə iştirak edir;
6.2.6. Bərpa olunan enerji mənbələri üzrə istehsalın və istehlakın proqnoz göstəricilərinin hazırlanmasında iştirak edir;
6.2.7. Bərpa olunan enerji sahəsinə sərmayə qoyuluşunun cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasında və onların həyata keçirilməsində iştirak edir;
6.2.8. Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində vəziyyətin və mövcud problemlərin təhlilini aparır, onların həlli yolları ilə bağlı təkliflər hazırlayır və müvafiq tədbirləri həyata keçirir;
6.2.9. Bərpa olunan enerji sahəsinin təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.2.10. Bərpa olunan enerji sahəsində respublikada həyata keçirilən tədbirlərdə iştirak edir, ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələr yaradılması və inkişaf etdirilməsi barədə təkliflər verir;
6.2.11. Bərpa olunan enerji sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir və bu sahədə görülən işləri əlaqələndirir;
6.2.12. Bərpa olunan enerji sahəsində dövlət əmlakından səmərəli istifadə sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.2.13. Bərpa olunan enerjiyə aid məsələlərlə bağlı beynəlxalq iqtisadi və enerji təşkilatlarının işində, investisiyaların cəlb edilməsi sahəsində beynəlxalq və milli maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştirak edir;
6.2.14. Bərpa olunan enerji sahəsinə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsində iştirak edir;
6.2.15. Bərpa olunan enerji sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;
6.2.16. Bərpa olunan enerji sahəsində kadr hazırlığının təmini, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
6.2.17. Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;
6.2.18. Şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyəti daxilində tədbirlər görür;
6.2.19. Fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsində və onların pozulmasının qarşısının alınmasında iştirak edir;
6.2.20. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir;
6.3. Enerji səmərəliliyi sektorunun vəzifələri aşağıdakılardır:
6.3.1. Enerji resurslarından səmərəli istifadə və yanacaq-energetika sahəsində ətraf mühitin mühafizəsi ilə bağlı perspektiv istiqamətləri müəyyənləşdirir, həmin istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir;
6.3.2. “Enerji resursların istifadə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət energetika ekspertizasının həyata keçirilməsində iştirak edir;
6.3.3. Enerji resurslarından səmərəli istifadə sahəsində iqtisadi, texniki və təşkilati tələblərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) müəyyən edilməsi ilə bağlı təkliflər verir;
6.3.4. Enerji resurslarından səmərəli istifadə mexanizmlərinin hazırlanmasında iştirak edir və həyata keçirilməsini təmin edir, həmçinin enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsini həyata keçirir;
6.3.5. Enerjiyə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilməsi mexanizminin yaradılmasında və tətbiqində iştirak edir;
6.3.6. Enerjiyə qənaət proqramlarının enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərinin müəyyən edilməsində iştirak edir;
6.3.7. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla enerji resurslarından səmərəli istifadə sahələrində elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;
6.3.8. Enerji resurslarından səmərəli istifadə sahəsində vəziyyətin və mövcud problemlərin təhlilini aparır, onların həlli yolları ilə bağlı təkliflər hazırlayır, tədbirlər həyata keçirir;
6.3.9. Enerji səmərəliliyinin təmin olunmasına dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını araşdırıb təkliflər hazırlayır, edilən yardım və güzəştlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;
6.3.10. Enerji səmərəliliyi sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsində və texniki normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
6.3.11. Yanacaq-energetika sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən irəli gələn vəzifələrin həyata keçirilməsində iştirak edir;
6.3.12. Yanacaq-energetika sahəsində ətraf mühitin təhlükəsizliyi ilə bağlı hesabatlar hazırlayır və əlaqədar təşkilatlara təqdim edir;
6.3.13. Aidiyyəti sahələrdə respublikada həyata keçirilən tədbirlərdə iştirak edir və ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi barədə təkliflər verir;
6.3.14. Energetika sektorunun ətraf mühitə təsirinin qarşısının alınması sahəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə nazirlik üzrə ümumiləşdirilmiş hesabatı hazırlayır;
6.3.15. Enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün təkliflər verir;
6.3.16. Yanacaq və energetika obyektlərinin tikilməsi və yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki ekspertizasının həyata keçirilməsində iştirak edir;
6.3.17. Enerji səmərəliliyi sahəsində elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsində, müasir tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınaqdan keçirilməsində, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə dair tədbirlərdə iştirak edir;
6.3.18. Enerji səmərəliliyi sahəsinə sərmayə qoyuluşunun cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasında və onların həyata keçirilməsində iştirak edir;
6.3.19. Enerji səmərəliliyi sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir və bu sahədə görülən işləri əlaqələndirir;
6.3.20. Fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsində və onların pozulmasının qarşısının alınmasında iştirak edir;
6.3.21. Şöbənin strukturu və fəaliyyətinin təkmilləşdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;
6.3.22. Şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;
6.3.23. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.