- ANA SƏHİFƏ
- Elanlar
- Ləğv prosesində olan Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarələrinin debitor və kreditorlarının nəzərinə
Ləğv prosesində olan Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarələrinin debitor və kreditorlarının nəzərinə
Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017 - ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin 04.01.2018-ci il tarixli əmri ilə yaradılan ləğvetmə komissiyası debitorların və kreditorların nəzərinə çatdırır ki, ləğvetmə ilə əlaqədar məsələlərlə bağlı müraciətlərə 2 ay ərzində baxılacaqdır.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- Kreditorların və debitorların adı və ünvanı;
- Hüquqi öhdəlik yaradan sənədlərin (müqavilə, hesab faktura, qaimə faktura, vergi hesab faktura) surətləri.
Kreditorlardan xahiş olunur ki, bu elan dərc edildiyi gündən 2 ay müddətinə aşağıdakı əlaqələndirici şəxslərlə əlaqə saxlasınlar.
Məsimova Fəridə - Dövlət Enerji Nəzarəti İdarəsinin baş mühasibi:
(012)594-29-58; (051)884-20-52. deni.umumi@minenergy.gov.az
Quliyeva Səadət - Dövlət Qaz Nəzarəti İdarəsinin baş mühasibi:
(012)496-73-25; (050)206-10-67 dqni.umumi@minenergy.gov.az