Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı 2025-ci ilin dekabr ayında keçirilməsi nəzərdə tutulan attestasiyanın təxirə salınması barədə

ELAN

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı 2025-ci ilin dekabr ayında keçirilməsi nəzərdə tutulan attestasiya texniki səbəbdən təxirə salınır və onun keçirilməsi 2026-cı ilə keçirilir.

2025-ci ilin dekabr ayında nəzərdə tutulmuş attestasiyada iştirak üçün Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sənədlərlə müraciət etmiş namizədlərin 2026-cı ildə keçiriləcək attestasiyada iştirakına müvafiq qaydada baxılacaqdır.

Əlavə məlumatlar Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi internet səhifəsindən (www.regulator.gov.az) və ya 974 Çağrı Mərkəzindən əldə edilə bilər.