- ANA SƏHİFƏ
- Elanlar
- İctimai şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən təmsilçilərin qeydiyyatına başlanılıb
İctimai şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən təmsilçilərin qeydiyyatına başlanılıb
Energetika Nazirliyi yanında İctimai şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının (yalnız bir təmsilçi) təmsilçilərinin qeydiyyatına başlanılıb. Qeydiyyat 5 may 2026-cı il tarixinədək davam edəcək.
Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;
2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;
3. vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;
4. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
İctimai şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən təmsilçilər barədə tələb olunan məlumatlar minenergy@minenergy.gov.az elektron ünvanı vasitəsilə təqdim edilə bilər.