Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.

Attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə 17 sentyabr 2026-cı il tarixində saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə 18 sentyabr 2026-cı il tarixində saat 12:00-da Energetika Nazirliyində keçiriləcəkdir.

Son müraciət tarixi: 01.09.2026-cı il

Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç. 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000

Qeyd: Namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə öncədən yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.

Əlaqə598-16-53/54/55 (daxili 1057)