Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən elan edilmiş enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiyanın vaxtı dəyişdirilib.

Attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə 13.11.2025-ci il tarixində saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə 14.11.2025-ci il tarixində saat 12:00-da Energetika Nazirliyində təşkil ediləcək.

Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:

· Attestasiya Proqramı (təsərrüfat subyektləri üzrə)  

. Attestasiya Proqramı (binalar (qurğular) üzrə)

· Bələdçi

· İxtisas Attestatının əldə edilmə qaydası

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç. 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000

Qeyd: Namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə əvvəl yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.

Əlaqə598-16-53/54/55 (daxili 1057)