Azərbaycan Respublikasının Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılacaq İctimai şuraya namizədlərin qeydiyyat müddəti başa çatıb və seçkilərin vaxtı təyin edilib.

İctimai şuraya seçkilər 15 may 2026-cı il tarixində saat 10:00-da Energetika Nazirliyinin (ünvan: Ü.Hacıbəyli küçəsi 84, Hökumət Evi) iclas zalında birgə yığıncaq şəklində keçiriləcək.

İctimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçiləcək. Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər İctimai şuranın tərkibinə seçilmiş hesab olunurlar.

Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı məlumatlar Nazirliyin rəsmi internet səhifəsində (www.minenergy.gov.az) yerləşdiriləcək.