<

Elektron satınalma vasitəsilə kotirovka sorğusunda iştirak etmək üçün DƏVƏT

Azərbaycan Respublikası Energetika Nazirliyi “Yanğınsöndürmə balonlarının təkrar dolumu xidmətinin satın alınması” üçün kotirovka sorğusunu elan edir

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ

Satınalan təşkilatın VÖEN-i: 1300087531

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

Satınalma predmeti: Yanğınsöndürmə balonlarının təkrar dolumu xidmətinin satın alınması

Müsabiqənin adı: Yanğınsöndürmə balonlarının təkrar dolumu xidmətinin satın alınması

Sıra №

Malların (işlərin və xidmətlərin) adı

Ətraflı təsviri

Miqdarı

Ölçü vahidi

1.

Yanğınsöndürən balon Köpük

Yanğınsöndürən balon Köpük-6kq (təkrar dolum və texniki təmir)

10

ədəd

Müsabiqənin başlanma tarixi və vaxtı:

13.05.2022 18:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

27.05.2022 18:00

Zərflərin açılması tarixi və vaxtı:

  31.05.2022 15:00

İştirak haqqı: 100 manat

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

ÇATDIRILMA MÜDDƏTİ

7 təqvim günü ərzində

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Kotirovka sorğusu şərtlərinə uyğun

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Kotirovka sorğusunun təklifi

Qiymət təklifi

Qiymət kotirovkasının təsviri

Təklif tam və aydın formada Azərbaycan manatı ilə, bütün xərclər və vergilər daxil olmaqla malgöndərənin (podratçının) rəsmi blankında təsdiq olunaraq PDF formatında portal vasitəsilə təqdim olunmalıdır).

Qiymət kotirovkasının qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir.

     

Təşkilati və hüquqi sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış

Son bir ildəki fəaliyyəti haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ödənilməsi vaxtı keçmiş borcunun olub-olmamasına dair rəsmi arayış.

(Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi zəruridir)

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

Son bir ildəki fəaliyyəti haqqına vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surətinin təqdim olunması tələb olunur.

Maliyyə vəziyyəti haqqında bank arayışı

Son bir ildəki fəaliyyəti haqqında bank arayışı. Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur.

Nizamnamə

Surəti notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Qeydiyyatdan keçdiyi ölkə

Malgöndərənin (podratçının) dövlət reyestrindən çıxarışının surətinin təqdim edilməsi. Notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Rekvizitlər

Bank rekvizitləri təqdim olunmalıdır. PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat

Statistika Komitəsindən alınmalıdır. Cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə sənəd

Sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi zəruridir.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Leyla Adıgözəlbəyova

Aparıcı məsləhətçi

leyla.adigozelbeyova@minenergy.gov.az

598-16-53 (1034)