<

Elektron satınalma vasitəsilə kotirovka sorğusunda iştirak etmək üçün DƏVƏT

Azərbaycan Respublikası Energetika Nazirliyi “26 iyul 2022-ci il tarixində Bakı şəhərində keçiriləcək Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının təşkili ilə əlaqədar xidmətlərin satın alınması” üçün kotirovka sorğusunu elan edir

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ

Satınalan təşkilatın VÖEN-i: 1300087531

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

Satınalma predmeti: Xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi ilə əlaqədar xidmətinin satın alınması

Müsabiqənin adı: “26 iyul 2022-ci il tarixində Bakı şəhərində keçiriləcək Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının təşkili ilə əlaqədar xidmətlərin satın alınması”

Malların (işlərin və xidmətlərin) siyahısı əlavə olunur.

Müsabiqənin başlanma tarixi və vaxtı:

30.06.2022 16:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

18.07.2022 18:00

Zərflərin açılması tarixi və vaxtı:

19.07.2022 16:00

İştirak haqqı: 100 manat

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri

ÇATDIRILMA MÜDDƏTİ

Müqavilə imzalandıqdan sonra 26 iyul tarixindən başlayaraq tədbirin keçirildiyi müddət ərzində

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Kotirovka sorğusu şərtlərinə uyğun

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Kotirovka sorğusunun təklifi

Qiymət kotirovkasının təsviri

Təklif tam və aydın formada Azərbaycan manatı ilə, bütün xərclər və vergilər daxil olmaqla malgöndərənin (podratçının) rəsmi blankında təsdiq olunaraq PDF formatında portal vasitəsilə təqdim olunmalıdır).

Qiymət kotirovkasının qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir.

     

Təşkilati və hüquqi sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış

Son bir ildəki fəaliyyəti haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ödənilməsi vaxtı keçmiş borcunun olub-olmamasına dair rəsmi arayış.

(Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi zəruridir)

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

Son bir ildəki fəaliyyəti haqqına vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surətinin təqdim olunması tələb olunur.

Maliyyə vəziyyəti haqqında bank arayışı

Son bir ildəki fəaliyyəti haqqında bank arayışı. Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur.

Nizamnamə

Surəti notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Qeydiyyatdan keçdiyi ölkə

Malgöndərənin (podratçının) dövlət reyestrindən çıxarışının surətinin təqdim edilməsi. Notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənədin PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Rekvizitlər

Bank rekvizitləri təqdim olunmalıdır. PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat

Statistika Komitəsindən alınmalıdır. Cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməsi zəruridir.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması

İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə arayış tərtib edilir (azı 3 beynəlxalq və ölkə səviyyəli tədbirin təşkilində  təcrübəsi olmalıdır). İddiaçının yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilməlidir.

Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması

Son dövrə olan məlumat qəbul edilir

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması

Son dövrə olan məlumat qəbul edilir

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması

Son dövrə olan məlumat qəbul edilir

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi

Son dövrə olan məlumat qəbul edilir

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Leyla Adıgözəlbəyova

Aparıcı məsləhətçi

leyla.adigozelbeyova@minenergy.gov.az

598-16-53 (1034)