- ANA SƏHİFƏ
- Elanlar
- Energetika Nazirliyi ümumi müsahibə elan edib
Energetika Nazirliyi ümumi müsahibə elan edib
Azərbaycan Respublikasının Energetika Nazirliyi Elektrik və istilik enerjisi şöbəsinin Elektrik enerjisi sektorunun müdiri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin baş məsləhətçisi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Dövlət qulluğu, hüquq və sənədlərlə iş şöbəsinin böyük məsləhətçisi(sənədlərlə iş üzrə) və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Dövlət qulluğu, hüquq və sənədlərlə iş şöbəsinin böyük məsləhətçisi(hüquqşünas) vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 24 yanvar tarixində ümumi müsahibə elan edib.
Ümumi müsahibədə vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər və dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 22 fevral 2024-cü il tarixi saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti;
elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini;
xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Müsahibədə iştirak üçün müraciət edən namizədlər "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizədlər ümumi müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=535