- ANA SƏHİFƏ
- Elanlar
- Energetika Nazirliyi müsabiqə üzrə müsahibə elan edib
Energetika Nazirliyi müsabiqə üzrə müsahibə elan edib
Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun böyük məsləhətçisi, Enerji səmərəliliyi şöbəsinin Enerji səmərəliliyi siyasəti və hesabatlılıq sektorunun böyük məsləhətçisi, Elektrik və istilik enerjisi şöbəsinin Elektrik enerjisi sektorunun böyük məsləhətçisi, Elektrik və istilik enerjisi şöbəsinin İstilik enerjisi sektorunun böyük məsləhətçisi, Hüquq şöbəsinin Hüquqi təhlil və ekspertiza sektorunun böyük məsləhətçisi, Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi, Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi, Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla iş sektorunun aparıcı məsləhətçisi, Elektrik və istilik enerjisi şöbəsinin İstilik enerjisi sektorunun məsləhətçisi, Maliyyə şöbəsinin məsləhətçisi və Hüquq şöbəsinin məsləhətçisi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 1 may tarixində müsabiqə üzrə müsahibə elan edib.
Müsabiqənin müsahibə mərhələsində dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan və dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 30 may 2023-cü il tarixi saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir .Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti;
elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini;
Müsahibədə iştirak üçün müraciət edən namizədlər "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizədlər ümumi müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edə bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=517