- ANA SƏHİFƏ
- Elanlar
- Energetika Nazirliyi ümumi müsahibə elan edib
Energetika Nazirliyi ümumi müsahibə elan edib
Energetika Nazirliyi inzibati vəzifələrin 4-cü və 5-ci təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 2 vakant yer üzrə ümumi müsahibə elan edib.
Namizədlər ümumi müsahibəyə təqdim edilmiş İqtisadiyyat şöbəsinin müdir müavini və Hüquq şöbəsinin Hüquqi təhlil və ekspertiza sektorunun böyük məsləhətçisi vakant vəzifələri üzrə sənədlərini təqdim edə bilərlər.
Vakant vəzifələr üzrə sənəd qəbulu 2022-ci il 11 avqust tarixi saat 18:00-dək davam edəcək.
Sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
Namizədlər vakant vəzifələrlə daha ətraflı aşağıdakı linkə daxil olaraq tanış ola bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=499