Azərbaycan Respublikasının Energetika Nazirliyi inzibati vəzifələrin 4-cü, 5-ci və 6-cı təsnifatına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı 4 vakant yer üzrə ümumi müsahibə elan edib.

Namizədlər ümumi müsahibəyə təqdim edilmiş Neft-qaz şöbəsinin müdir müavini - Neft siyasəti sektorunun müdiri, Hüquq şöbəsinin baş məsləhətçisi, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə isə Hüquq, insan resursları və kargüzarlıq şöbəsinin baş məsləhətçisi, Maliyyə və təminat şöbəsinin baş məsləhətçisi vakant vəzifələri üzrə sənədlərini təqdim edə bilərlər.

Vakant vəzifələr üzrə sənəd qəbulu 2022-ci il 18 mart tarixi saat 18:00-dək davam edəcək.

Sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Namizədlər vakant vəzifələrlə daha ətraflı aşağıdakı linkə daxil olaraq tanış ola bilərlər:

 https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=487