<

Elektron satınalma vasitəsilə kotirovka sorğusunda iştirak etmək üçün DƏVƏT

Azərbaycan Respublikasının Energetika Nazirliyi poçt (kuryer) xidmətlərinin satın alınmasına dair kotirovka sorğusunu elan edir

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİ

Satınalan təşkilatın VÖEN-i: 1300087531

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

Satınalma predmeti: Poçt (kuryer) xidmətlərinin satın alınması

Sıra №

Malların (işlərin və xidmətlərin) adı

Ətraflı təsviri

Həcmi/ Miqdarı

Ölçü vahidi

1.

I zona  üzrə poçt (kuryer) xidməti (mərkəzdən 5 km-ə qədər məsafə üzrə, 00-0.1 kq)

təcili

(1 saata qədər)

970

ədəd

2.

II zona üzrə poçt (kuryer) xidməti (mərkəzdən 10 km-ə qədər məsafə üzrə, 00-0.1 kq)

təcili

(1-2 saat)

540

ədəd

3.

III zona üzrə poçt (kuryer) xidməti (mərkəzdən 25 km-ə qədər məsafə üzrə, 00-0.1 kq)

təcili

(1-3 saat)

50

ədəd

4.

IV zona üzrə poçt (kuryer) xidməti (mərkəzdən 50 km-ə qədər məsafə üzrə, 00-0.1 kq)

təcili

(1-4 saat)

20

ədəd

Müsabiqənin başlanma tarixi və vaxtı:

14.12.2022 18:00

 

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

28.12.2022 18:00

 

Zərflərin açılması tarixi və vaxtı:

29.12.2022 18:00

 

Müsabiqədə iştirak haqqı: 100 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

 

İcra ünvanı

Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, AZ1000

 

İcra müddəti

05.01.2023 - 31.12.2023-cü il tarixinədək

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Kotirovka sorğusu şərtlərinə uyğun

 

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

 

Kotirovka sorğusunun təklifi

 

Qiymət təklifi

 

Qiymət kotirovkasının təsviri

Təklif tam və aydın formada Azərbaycan manatı ilə, bütün xərclər və vergilər daxil olmaqla malgöndərənin (podratçının) rəsmi blankında təsdiq olunaraq PDF formatında portal vasitəsilə təqdim olunmalıdır).

Qiymət kotirovkasının qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir.

       

Təşkilati və hüquqi sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Elan tarixindən sonrakı tarixə vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir).

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən alınmış məhkumluğun olmaması barədə arayışın orijinalı skan olunaraq PDF formatında Portalda yerləşdirilməlidir. Son dövrə olan məlumat qəbul edilir.

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması

Elan tarixindən sonrakı tarixə uçotda olduğu vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir).

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergisinin bəyannaməsi)

Vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir. (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir).

İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı

Son bir ildəki fəaliyyəti haqqında bank arayışı. Sənədin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim olunması tələb olunur.

İddiaçının tam adı, hüquqi statusu və qeydiyyatdan keçdiyi ölkə

İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsi və dövlət reyestrindən çıxarışı elandan sonrakı tarixə notarial qaydada təsdiq edilərək PDF formatında portalda yerləşdirilməlidir. (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir).

Nizamnamə

İddiaçının nizamnaməsinin surəti notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir).

Rekvizitlər

Bank rekvizitləri iddiaçının rəsmi blankında imzalanmalı, möhürlənməli və PDF formatında Portalda yerləşdirilməlidir.

Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi blankında alınmış cari tarixə qüvvədə olan arayışın orijinalı skan olunaraq PDF formatında Portalda yerləşdirilməlidir.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Leyla Adıgözəlbəyova

Aparıcı məsləhətçi

leyla.adigozelbeyova@minenergy.gov.az

598-16-53 (1034)