Elektron satınalma vasitəsi ilə kotirovka sorğusunda iştirak etmək üçün DƏVƏT

Azərbaycan Respublikası Energetika Nazirliyi “Nazirliyin press-relizlərinin yayılması xidmətinin satın alınması” üçün kotirovka sorğusunu elan edir

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yuxarıda göstərilən işlər üzrə öz yazılı  təkliflərini etender.gov.az internet səhifəsində elektron qaydada təqdim etsinlər.

Kotirovka sorğusunda iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş kotirovka sorğusu şərtlərini etender.gov.az internet səhifəsindən əldə edə bilərlər.

Müsabiqə üzrə əlaqələndirici şəxs: Mehrəliyev Elçin

Əlaqə nömrəsi: (012) 596 16 53/54 (daxili 1132)

İştirak haqqı 100 manat. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Elektron ödəniş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yaradılmış xəzinə hesabına köçürülür.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən  ən aşağı qiymət.

Müqaviləni yerinə yetirmək üçün kotirovka iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Kotirovka təklifi (Kotirovka təklifləri açıldıqdan sonra cari ilin sonunadək qüvvədə olmalıdır);

- Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat (Statistika Komitəsindən alınmalıdır. Cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir);

Sənədlər Azərbaycan dilində hazırlanmalıdır.

Kotirovka sorğusu elektron satınalma vasitəsilə «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar kotirovkada iştirak üçün tələb olunan sənədləri 02 fevral 2022-ci il saat 15.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 03 fevral 2022-ci il saat 15.00-da elektron qaydada portal vasitəsi ilə açılacaqdır. İddiaçılar kotirovka təkliflərinin açılmasının nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - Kotirovka sorğusunda iştirak, kotirovkanın qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Kotirovka sorğusu şərtlərini 18.01.2022-ci il tarixindən etibarən etender.gov.az internet səhifəsindən əldə etmək olar.

 

TENDER KOMİSSİYASI